Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Qatlanan rotorlu yelkənlər - VİDEO

Finlandiyanın “Norsepower” mühəndislik şirkəti “SC Connector” avtomobildaşıyan gəmisinə iki ədəd rotorlu yelkənin quraşdırılması üçün “Seacargo” şirkəti ilə müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, gəmi körpünün altından keçərkən hündürlüyü 35 metr olan innovativ yelkənlər qatlana biləcəklər.

"SC Connector" avtomobildaşıyıan gəmisi, hava axını səbəbindən rotorlu yelkənlərin istifadəsi üçün ən əlverişli şəraitin olduğu Şimal dənizində çalışır. Marşrut xəttində bir neçə körpü və eletrik ötürən naqillər olduğu üçün gəmiyə qatlanan yelkənlər quraşdırılmaq qərarı verilib. Yelkənlərin quraşdırılması cari ilin dördüncü rübündə həyata keçiriləcək.

Rotorlu yelkənlər külək vasitəsilə avtomatik işə düşür, yanacağa qənaət edir və tullanti qazları azaldır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır