Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Konteyner gəmiləri üzrə təkrar bazarın bu il üçün ən fəal alıcısı məlum olub

“MSC” cari ildə konteyner gəmilərin alınması üzrə təkrar bazarın ən fəal alıcısı olub. 

“Seanews.az” bu barədə “Clarksons”-in hesabatına istinadən məlumat verir. 

Şirkət cari ilin ilk üç ayı ərzində ümumi tutumu 32 min TEU olan yeddi konteyner gəmisi alıb.

Həmçinin hesabat dövründə Çin gəmiqayırma şirkəti “Yangfan Group” iki il əvvəl Almaniyanın “Vega Reederei Friedrich Dauber” şirkəti tərəfindən sifariş olunduğu iddia edilən 1,8 min TEU tutumlu iki təzə gəmini yenidən satıb. Gəmilər Çinin “Ningbo Ocean Shipping” şirkəti tərəfindən hər biri 25 milyon dollara alınıb.

“CMA CGM” 2008-ci ildə istismara veriləndən bəri icarəyə götürülmüş 9,6 min TEU-luq konteyner gəmisi "CMA CGM Ivanhoe"nu Almaniyanın “Claus-Peter Offen Reederei” şirkətindən alıb. Satış qiyməti açıqlanmayıb.

Rusiya ilə daşımalara yönəlmiş Çin operatoru “Safetrans Line” gəmiçilik şirkəti donanmasını genişləndirməyə davam edir. Şirkətin “Zhonggu Logistics”-dən aldığı 4367 TEU tutumlu “Zhong Gu Ji Lin” konteyner gəmisi 2022-ci ildə inşa edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır