Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

nyanın ən qeyri-adi çimərlikləri – Fot

Yay fəsilində istirahətimizi dəyərləndirmək üçün ən çox üz tutduğumuz məkanlardan biri çimərlikdir. “Seanews.az” “PrimeTime.az” saytına istinadən dünyanın müxtəlif yerlərində bir-birindən fərqli görünüşə sahib olan çimərlikləri təqdim edirik. 1. Bəyaz qum sahilləri Maldivdə, Fijidə və Avstraliyada var. Araşdırmalara görə, ağ qumların böyük əksəriyyəti kiçik zərrəciklərdən, eyni zamanda bölgədəki balıqların yeyib, həzm edə bilmədiyi tullantılardan ibarətdir. Bu qumların tərkibində kvars da var. 2. Baham adalarında yerləşən çəhrayı qum sahili turistlərin ən çox axın etdiyi yerlərdən biridir. Çəhrayı qumlar foraminiferlər adlanan xüsusi növ qırmızı-çəhrayı qabıqlı heyvanların qalıqlarından meydana gəlib. Foraminiferlər öldüklərində qabıqları qalır, külək onları əzib, daş və digər qalıqlarla birləşdirərək bu şəhanə görüntünü ortaya çıxarır. 3. Avstraliyadakı “Shell Beach”,Cənub Afrikadakı “Jeffreys Bay”, Floridadakı “Sanibel Island” sahili qumdan yox, balıq qulağından ibarət olan çimərliklərdir. Qabıqlı canlıların öldükdən sonra dalğalar qabıqlarını sahilə vuraraq belə bir görüntü meydana gətirib 4 . Vulkanik süxurlar və geniş dəmir yataqları okeanın suları ilə birləşərək qırmızı qum sahillərini meydana gətirib. Dünyada bu sahildən cəmi üç yerdə var. “Kokkini” Yunanıstanda, “Kaihalulu” Havay adalarında, “Rabida” isə Qalapaqos adalarında yerləşir. 5. Narıncı qum sahilləri dünyada cəmir bir yerdə, Maltada yerləşir. Ramla körfəzində yerləşən bu sahil dəmir fermentləri ilə vulkanik süxurların birləşməsi nəticəsində yaranıb. 6. Yaşıl qum sahili Havay adasının “Papakolea” çimərliyində və Quamdaki Talofofo sahilində yerləşir. Bu sahillər qeyri-adi rənglərini maqnezium və dəmir ehtiva edən olive kristallarından alır. 7. “Glass Beach” Kaliforniyanın Fort-Breqq şəhəri yaxınlığında, Makkerrixer Milli parkı ərazisində yerləşir. Çimərliyi digərlərindən fərqləndirən sahilindəki çınqıl daşına bənzəyən rəngli şüşələrdir. “Glass Beach” 1949-cu ildən başlayaraq tullantıların atıldığı ictimai zibillik olub. 18 il tullantılar üçün istifadə olunan ərazinin ekologiya üçün zərərli olduğunu düşünən hakimiyyət dairələri 1967-ci ildə buraya girişi bağlı elan edir. Uzun illər boyu Sakit okeanın dalğaları ərazidəki zibillyi tamamilə yuyub təmizləyir və dalğaların sahilə çırpılması ilə kiçik şüşə parçaları cilalanıb, çınqıl daşlar kimi hamarlanaraq yuvarlaq görünüş alıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır