Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

“Şövkət” - BƏDİİ FİLM

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filmi AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə çəkilib.

Filmin əsas məqsədi dənizçilik tariximizdə silinməz iz qoymuş xanımın həyat yolunu, həmçinin İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, eləcə də qadınların gəmiçilik sahəsindəki rolunu bədii dillə geniş tamaşaçı auditoriyasına çatdırmaqdır.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır