Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

Daha bir gəmiçilik şirkəti hava ilə daşımalar bazarına daxil olur

Daha bir gəmiçilik şirkəti hava ilə də yük daşımaq istəyir.

Koreyanın “Pan Ocean” gəmiçilik şirkəti “Korean Air Lines”-in ən böyük səhmdarı olan “Hanjin KAL Corp”-un 5%-lik payını alıb.

Müqavilənin dəyəri 95 milyon dollardır. 5%-lik payı ilə “Pan Ocean”  aviaşirkətin beşinci ən böyük səhmdarı olub.

“Splash” qeyd edir ki, “Pan Okean” keçən il maliyyə çətinlikləri yaşayan başqa bir Koreya şirkəti - “Eastar Jet”-i əldə etmək üçün addımlar atsa da, onun təklifi qəbul edilməyib.

Xatırladaq ki, son vaxtlar bir sıra qlobal konteyner xətləri, o cümlədən bazarın aparıcı oyunçuları – “Maersk”, “MSC” və “CMA CGM” də hava daşımalarına maraq göstəriblər.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır