Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-21,
Seanews
Heyder Eliyev

“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmir edilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir müddətində gəmi-bərənin sualtı və suüstü hissəsi, aşağı və yuxarı vaqon göyərtəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib. Sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri təmir olunub, avar valları saz hala gətirilib, göyərtədə və maşın şöbəsində boru işləri yerinə yetirilib. Gəmi üzrə elektrik quraşdırma və avtomatika işləri görülüb.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 1 dəst girokompas "Standard-22 NX", hava məlumatlarının qəbuledicisi "Navtex NX700" tipli avadanlıqlar quraşdırılıb, bərə 6 ədəd VHF tipli əl radiostansiyası ilə təchiz edilib.

Həmçinin gəminin GPS və komanda yayım qurğularında əsaslı təmir işləri aparılıb və tam işlək vəziyyətdə gəmi heyətinə təhvil verilib.

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Orta Dəhliz üzrə yükdaşımalara cəlb edilib. Bu çərçivədə gəminin ilk səfəri Türkmənbaşı-Bakı limanı istiqamətində baş tutub. 

Gəminin uzunluğu 154,5, eni 18,3 metrdir. Tam yükgötürmə qabiliyyəti 2425 ton olan gəmi-bərəyə eyni vaxtda 32 TIR və 28 dəmiryol vaqonu yükləmək mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır