Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ASCO-da gənc əməkdaşlar üçün ingilis dili kursu təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) gənclərin peşəkarlıq səviyyələrinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi daim xüsusi diqqətdə saxlanılır.Bu istiqamətdə daha bir addım atılıb. Belə ki, gənc əməkdaşlar üçün ingiliis dili kurslarına start verilib.

Oxuma, dinləmə, yazı və danışığı əhatə edən proqram əməkdaşların işgüzar ingilis dili bacarıqlarının artırılması məqsədi daşıyır.

Proqrama Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti, Donanmanın texniki istismar departamenti, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun  mühəndis köməkçiləri, “Bibiheybət” Gəmi Təmiri Zavodunun  mühəndis-texnoloqları, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun mühəndis-konstruktorları, eləcə də digər departamentlərin əməkdaşları olmaqla, ümumilikdə 40-dan çox işçi qoşulub. Qruplar namizədlərin dil bacarıqlarına uyğun yerləşdirmə testinin nəticələri əsasında formalaşdırılıb. Dərslər hazırda “Elementary”  və  “Intermediate” olmaqla 2 səviyyə üzrə aparılır. 

Kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır