Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Helsinki limanının yük dövriyyəsi azalıb

2023-cü ilin yanvar-oktyabr aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,2% azalaraq 11,6 milyon tona düşüb.

Liman administrasiyasının məlumatına görə, konteynerlərdə yüklərin aşırılmasının həcmi 8,9 faiz azalaraq 9,7 milyon ton, toplu yüklərin aşırılmasının həcmi 2,3 faiz artaraq 1,14 milyon ton, digər yüklərin aşırılmasının həcmi isə 15,8 faiz azalaraq 631,77 min ton təşkil edib.

Helsinki limanının konteyner dövriyyəsi 7% azalaraq 406,7 min TEU-ya düşüb.

Liman vasitəsilə daşınan texnikanın sayı 8,1% azalaraq 543 min ədəd olub.

Xətti marşrutlar üzrə daşınan sərnişinlərin sayı 13,7% artaraq 7,62 milyon nəfərə, kruiz sərnişinlərinin sayı 0,3% artaraq 162,81 min nəfərə çatıb.

Hesabat dövründə limana 6293 gəmi yan alıb ki, bu da planlaşdırıldığından 2,9% azdır.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır