XDND üzrə ərazi partiya təşkilatının rəhbəri təltif edilib
ASCO-nun Xəzər Dəniz Neft Donanmasının (XDND) sənədlərlə iş üzrə mütəxəssisi Arzu Mehdiyev 2024-cü il ərzində ölkəmizdə keçirilən seçkilərdə fəal iştirakına görə təltif edilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının 2024-cü ilin nəticələrinə dair iclasında ərazi üzrə 18 təşkilatın fəaliyyəti xüsusi qiymətləndirilib.
YAP Xətai rayon təşkilatının XDND üzrə ərazi partiya təşkilatının rəhbəri Arzu Mehdiyev YAP-ın 2024-cü il fəaliyyətində fərqləndiyinə görə təltif edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır