ASCO gəmiləri mütəmadi dezinfeksiya olunur
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “PSK-28”, “MPK-474”, “Barja-120”, “Kapitan Ağasiyev”, “PSK-33”, “PSK-40”, “Şimal-58”, “MK-11/53”, “PSK-51”, “General Əsədov” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun, Xəzər Dəniz Neft Donanmasının yeməkxanasında, paltardəyişmə otaqlarında, Dəniz Nəqliyyatı Donanmasının inzibati binasında, anbarlarında, ərazisində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.