Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-18,
Seanews
Heyder Eliyev

Dəniz tarixinin işığında…

“Suraxanı” gəmi-muzeyi yeni videoçarxı ilə diqqət çəkib. Bu dəfə muzeyin ən maraqlı bölmələrindən biri olan unikal mayak kolleksiyasının seçilən incisi - “Akaroa” haqqında danışılır.  

Videoçarx izləyicilərə “Akaroa” mayakının tarixi, memarlıq xüsusiyyətləri və dəniz yollarındakı rolu barədə dolğun məlumat verir.  

Ümumiyyətlə, “Suraxanı” gəmi-muzeyində təkcə milli gəmiçilik tariximiz deyil, eyni zamanda dünya dənizçilik ənənələri və mədəniyyəti nümayiş etdirilir. Muzeydə sərgilənən unikal eksponatlar və nadir maketlər ziyarətçiləri əsrlər boyu okeanları fəth edən dənizçilərin izinə salır. Bu baxımdan mayaklar xüsusi önəm kəsb edir, çünki onlar dənizçilərin yolunu işıqlandıran, ümid və təhlükəsizliyin rəmzi olan səssiz keşikçilərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır