Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Gürcüstan Qara dənizdə kabel çəkilişi üçün tədqiqatlara 20 mln. dollar ayıracaq

Gürcüstan Qara dəniz sualtı elektrik enerjisi kabelinin çəkilməsi məqsədilə dənizin dibində geoloji tədqiqatların aparılması üçün 20 milyon dollar ayıracaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Laşa Kutsişvili “Facebook” paylaşımında bildirib. O, ölkəsinin bununla layihəyə investisiya qoyan ilk tərəf olacağını qeyd edib.

Nazirin sözlərinə görə geoloji tədqiqatlara gələn il başlanılacaq.

Laşa Kutsişvili layihənin Gürcüstanın təşəbbüsü olduğunu və ötən 18 ay ərzində maliyyələşdirilməsi ilə bağlı beynəlxalq maliyyə tərəfdaşları ilə danışıqlar aparıldığını qeyd edib.

Əlavə edib ki, layihə regionun, eləcə də Avropanın enerji təhlükəsizliyi sistemini nəzərəçarpan dərəcədə gücləndirəcək.

Qeyd edək ki, dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycandan Rumıniyaya elektrik enerjisi kabeli çəkiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır