Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Yeni LNG tankerinin qiyməti bir ildə 60 milyon dollar bahalaşıb

Avropada enerji böhranı fonunda dünyada mayeləşdirilmiş təbii qazın (LNG) nəqli üçün qaz daşıyıcılarına tələbat kəskin artıb, bu tip gəmilərin çatışmazlığı, eləcə də onların istehsal qiymətinin artması müşahidə olunur.

2022-ci ildə Ukraynadakı münaqişə və sanksiyaların tətbiqi fonunda Avropa ölkələri ABŞ, Qətər və digər ölkələrdən LNG alışını artırıb. Eyni zamanda, istilərə görə, Yaponiya və Cənubi Koreyada qaza tələbat çoxalıb. Nəticədə yeni LNG tankerlərinə verilən sifarişlərin sayı, eləcə də onların istehsal qiyməti artıb. İstismar edilən tankerlərin yükdaşıma xərcləri də Avropa və Asiyada qazın qiymətini qismən bahalaşdırıb. Analitiklər koronavirus səbəbiylə məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalan Çinin qışdan əvvəl bazara qayıtması halında qazın və LNG tankerlərinin daşınma qiymətlərinin daha da artacağını təxmin edirlər.

“Poten & Partners” gəmi brokerinin sözçüsü Jeyson Firin sözlərinə görə, qaz nəqli üçün hazırda  yalnız bir LNG tankerini icarəyə götürmək mümkündür, Atlantik okeanında belə tankerlər ümumiyyətlə yoxdur. “Olan hər şey satılacaq. Əslində Avropa və Asiya bir-biri ilə rəqabət aparır və bazarı dəstəkləyir”.

Dünya üzrə 257 LNG tankeri sifariş edilib. Ekspertlərin fikrincə, dünyanın ən böyük LNG tankerləri istehsalçısı olan Cənubi Koreyanın 2027-ci ilə qədər yeni sifarişləri yerinə yetirmək üçün sadəcə əlavə gücü yoxdur. Tələbatın artması səbəbindən belə tankerin istehsalının dəyəri də artıb. Poladın artan qiymətləri və tərsanənin məhdud gücü vəziyyəti daha da kəskinləşdirir. Bir yeni gəminin qiyməti bir il əvvəl 190 milyon dollar olduğu halda, hazırda 240 milyon dollara yaxınlaşır.

Dünyada LNG tankerlərinin ən böyük alıcıları arasında Qətər də var. Avropa Rusiyanın enerji resurslarından imtina edəcəyi halda Fars körfəzindəki bu krallığa ümid edir.

Üzən reqazifikasiya qurğularına tələbat da çoxalıb. Onların istehsalı illərlə davam edən LNG tankerlərindən daha asandır. Avropa 14 belə qurğu alacağına ümid bəsləyir. Xüsusillə, hələlik heç bir LNG terminalına sahib olmayan Almaniya 2022-ci ilin sonuna qədər iki, gələn il isə daha bir neçə üzən qurğu inşa etmək istəyir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır