• Bakı, 2019-10-21,
Seanews
Heyder Eliyev

ASCO-nun uşaq bağçalarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan Resurslarının İdarəedilməsi Departamentinin təşəbbüsü ilə  1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ASCO-nun “Dalğa” və “Xəzər” bağçalarında tədbirlər keçirilib.

Tədbirlərdə İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəhbəri Sevda Məmmədova, departamentin gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova, “Dalğa” uşaq bağçasının müdiri Nərgiz Teymurova, “Xəzər” uşaq bağçasının müdiri Xalisə Abdullayeva, müəllimələr və valideyinlər iştirak ediblər.

Uşaqlar böyük həvəs və sevgi ilə mahnılar oxuyub, şeirlər səsləndirib  və bir-birindən maraqlı rəqslər ediblər.

Bağçaların məktəbə qədər hazırlıq alan şagirdlərinə məktəb ləvazimatları ilə dolu çantalar hədiyyə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır