Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Yaponiya sıfır emissiyalı konteyner gəmiləri yaradacaq

Gəmilər hibrid rejimdə ölkənin ilk konteyner batareyaları, həmçinin bort batareyaları və generatorlarından istifadə etməklə işləyəcək.

“Seanews.az” xəbər verir ki, Yaponiyanın “Imoto Lines” və “Marindows” firmalarının mütəxəssisləri layihə üzərində 2024-cü ilin aprelindən 2027-ci ilin martına qədər çalışacaqlar.

“Marine Insight” yazır ki, onlar Yaponiyanın dəniz sahəsinin üzləşdiyi problemlərə, o cümlədən heyət çatışmazlığı, təhlükəsiz naviqasiya və karbonsizləşdirməyə diqqət yetirəcəklər.

Əlavə edirik ki, konteynerlərdəki dəyişdirilə bilən batareyalar bərpa olunan enerji mənbələrindən istifadə etməklə sahildə doldurulacaq. Onlar bərpa olunan enerji mənbələri ilə işləyəcəkləri üçün istismar dövründə demək olar ki, karbon dioksid emissiyaları buraxmayacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır