Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

Finlandiyada çoxfunksiyalı hərbi gəmi tikilir

Finlandiyada Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan “Pohjanmaa” sinifli çoxfunksiyalı korvet hazırlanır.

“Seanews.az” xəbər verir ki, onun tikintisinə 2023-cü ilin oktyabrında “RMC”-nin istehsalat müəssisələrində başlanılıb. Gəminin 2026-cı ildə sınaq səfərinə çıxacağı gözlənilir.

2030-cu ilə qədər bu tipli 4 gəmi tikiləcək və onlar “Pohjanmaa” və “Hämeenmaa” tipli 4 mina gəmisini və “Rauma” sinfinə aid 3 raket gəmisini əvəz edəcək.

“Pohjanmaa” sinifli gəmilərin uzunluğu 117 metr, eni 16 metr, suya oturumu 5 metr, yükgötürmə qabiliyyəti təxminən 4300 ton, heyəti 70 nəfərdir.

“Yeni çoxməqsədli korvetlər 1930-cu illərdən bəri Finlandiyanın ən böyük suüstü döyüş gəmiləri olacaq”, - deyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı bildirib.

Yeni çoxməqsədli korvet dəniz minalarının quraşdırılması, sualtı qayıqlara qarşı əməliyyatların aparılması və dəniz rabitəsinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır