Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-12,
Seanews
Heyder Eliyev

FSRU tankeri 2027-ci ildə “MOL” şirkətinin idarəçiliyinə veriləcək

Yaponiyanın nəqliyyat və logistika qrupu “Mitsui O.S.K. Lines” (“MOL”) 25 aprel 2024-cü il tarixində yüz faiz törəmə müəssisəsi vasitəsilə üzən LNG saxlama, yenidən qazlaşdırma və boşaltma qurğusunun (FSRU) təhvil verilməsi üçün uzunmüddətli taym-çarter müqaviləsi imzalayıb.  

“Seanews.az” xəbər verir ki, müqavilə gələcək LNG terminalının layihə tərtibatçısı və operatoru olan Polşanın qaz nəqli sisteminin operatoru “Gaz System” şirkəti ilə imzalanıb.

FSRU tankeri Cənubi Koreyanın “HD Hyundai Heavy Industries” gəmiqayırma zavodunda tikiləcək və 2027-ci ildə “MOL” şirkətinin idarəçiliyinə veriləcək.

Layihəyə əsasən, mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün yeni üzən sistem Polşanın Qdansk limanının sahilindən təxminən 3 km aralıda quraşdırılacaq. Bu gəmi ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün Polşada quraşdırılan ilk FSRU olacaq. Layihəyə xüsusi diqqət yetirilir, çünki o, Avropa İttifaqı tərəfindən enerji infrastrukturunun inkişafı baxımından ümumi maraq doğuran layihə kimi müəyyən edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır