Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Çinin üçüncü təyyarədaşıyan gəmisi dəniz sınaqlarından uğurla keçir

Çin Xalq Azadlıq Ordusunun üçüncü təyyarədaşıyan gəmisi “Futzyan” ilk dəniz sınaqlarını uğurla başa vurub.

“Seanews.az” xəbər verir ki, sınaqlar zamanı güc mühərriklərinin, elektronika və digər avadanlıqların işi yoxlanılıb. Gözlənilən nəticələr əldə edilib. Sınaqlar müəyyən edilmiş plana uyğun davam etdiriləcək.

Xatırladaq ki, Çin Hərbi Dəniz Qüvvələrinin hazırda xidmətdə olan üç təyyarədaşıyan gəmisi var – “Lyaonin”, “Şandun” və “Futzyan”.  İlk iki gəmi adi mühərriklərlə təchiz olunub. Üçüncü aviadaşıyan onlardan daha böyükdür və təyyarələr üçün elektromaqnit katapultlardan istifadə edir.

Həmçinin əvvəllər məlumat verilmişdi ki, Çin Hərbi Dəniz Qüvvələri tezliklə dördüncü təyyarədaşıyıcısını təqdim edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır