Gəminin suya salınması mərasimi zamanı niyə şampan şüşəsi sındırılır? - VİDEO
Gəmidə şampan şüşəsi sındırmaq ənənəsi gəmini simvolik olaraq “möhkəmləndirmək” anlamını daşıyır. İnanca görə, bu ənənə gəmiyə uğur gətirir. Eyni zamanda, bu, gəminin “yeni başlanğıc”ını qeyd edən rəmzi bir mərasimdir.
Bu ənənənin tarixi çox qədim dövrlərə dayanır. Orta əsrlərdə İngiltərədə gəmini suya salarkən qızıl fincanda şərab gətirər, onu içər və fincanı dənizə atardılar. Qədim romalılar isə yeni tikilmiş gəmiləri şərabla yuyardılar. Zaman keçdikcə şampan şüşəsi ön plana çıxdı və gəminin bortunda sındırılması ənənəyə çevrildi.
Maraqlıdır ki, bəzi ölkələrdə bu məqsədlə kokos südü, palıd yağı və hətta xam neftlə dolu butulkalar da istifadə edilirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır