Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

"Fincantieri" İtaliyada iki gəmiqayırma zavodunu donanma gəmiləri istehsalına yönəltməyi planlaşdırır

İtalyan gəmiqayırma şirkəti "Fincantieri" Kastellammare-di-Stabia və Palermodakı gəmiqayırma zavodlarını eksklüziv olaraq donanma üçün gəmi istehsalına yönəltməyi düşünür.

Trend xəbər verir ki, bu barədə şirkətin baş direktoru Pierroberto Folgiero "Bloomberg"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu qərar müdafiə xərclərinin artması, NATO-nun yeni hədəfləri və ixrac müqavilələrinin genişləndirilməsi fonunda hərbi gəmilərə qlobal tələbatın artması ilə bağlıdır. "Fincantieri" 2027-ci ilə qədər dəniz sektorunun ümumi gəlirdə payını 20%-dən 30%-ə çatdırmağı planlaşdırır.

Eyni zamanda, mülki gəmilərin istehsalının bir hissəsi İtaliyadan kənara köçürüləcək, lakin kruiz laynerlərinin son yığılması və avadanlıqları İtaliya müəssisələrində qalacaq. Şirkət sualtı texnologiyalar, o cümlədən pilotsuz sualtı maşınları inkişaf etdirməyi də planlaşdırır.

"Fincantieri"nin istiqamətini dəyişməsi Avropada avtomobildən maşınqayırma sənayesinə qədər müxtəlif şirkətlərin istehsalını müdafiə sektorunun ehtiyaclarına uyğunlaşdırması tendensiyasını əks etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır