Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

zərin yeni flaqman gəmisi – nəhəng “Xankənd

“Xankəndi” sualtı tikinti gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilən bu cür mövcud 10 gəmidən biridir. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. Təxminən 400 milyon ABŞ dolları dəyərində olan və artıq dənizdə, “Şahdəniz” yatağı ərazisində olan Xankəndi gəmisi növbəti 10 il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək. Xəzərdəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi 2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlayıb. “Xankəndi” sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz-2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib. Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə “Xankəndi” gəmisinin bütün göyərtə avadanlığı – əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. “Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib. DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir. 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəmi suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi 2027-ci ilədək “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək “Xankəndi” gəmisi hazırda sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunub. Gəmi 2027-ci ilədək “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə olunacaq. Ötən bir ildə gəmi “Şahdəniz-2” yatağında sualtı qurğuların quraşdırılması işlərini görüb. “Xankəndi”, həmçinin yatağın Şimal cinahında hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını bitirib. Səngəçal terminalına aparan sualtı xətlər, quyular, sualtı infrastruktur, “Şahdəniz-2” platforması və terminal ilk dəfə olaraq bir-biri ilə bağlanıb. “Xankəndi” gəmisinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır. Gəmi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. “Xankəndi” Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisidir. Xatırladaq ki, BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində Bakı gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin ötən il sentyabrın 6-da Prezident İlham Əliyevin iştirakı ilə təqdimat mərasimi keçirilib. Nihad Budaqov, AZƏRTAC


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır