Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Türkmənbaşı limanı ildə 17 milyon ton yük ötürə bilər

Aprelin 25-26-da Budapeştdə Türk Dövlətləri Təşkilatının Nəqliyyat Koordinasiya Komitəsinin ikinci iclası keçirilib.

Əsas diqqət Transxəzər Beynəlxalq “Şərq-Qərb” dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının sadələşdirilməsi və daşıma prosedurlarının rəqəmsallaşdırılması tədbirlərinə yönəldilib.

“Seanews.az” xəbər verir ki, iclasda “Türkməndənizdəryayolları” Agentliyinin sədri Batır Annaev da çıxış edib və Türkmənbaşı beynəlxalq dəniz limanının Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən birinə çevrilmək potensialından danışıb. Bildirib ki, Türkmənbaşı liman kompleksinə bərə, sərnişin, konteyner, yük və digər terminallar, həmçinin gəmiqayırma və gəmi təmiri zavodu daxildir. “Şərq-Qərb” dəhlizinin halqası olmaqla Mərkəzi Asiyanın tranzit sistemində mühüm rol oynayan liman ildə 17 milyon ton yük ötürmə qabiliyyətinə malikdir. Türkmənbaşı - Xəzəryanı dövlətlərin limanları marşrutu üzrə daimi yük daşımaları həyata keçirilir.

Batır Annayev qeyd edib ki, onun ölkəsi Türkmənbaşı limanından keçən yüklərin həcmini artırmaq üçün fəal addımlar atır. Tranzitin stimullaşdırılması üçün müxtəlif tədbirlər, o cümlədən liman yığımları və dəniz daşımaları üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur. Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr işləyir, quru yük gəmiləri isə fider daşınmasını təmin edir. Türkmənbaşı limanında “gömrük anbarı” rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır