“Laçın” tankeri ilk səfərini davam etdirir - FOTOLAR
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Laçın” tankeri ilk səfərini davam etdirir.
Azərbaycanın ilk milli istehsalı olan tanker artıq Volqa-Don kanalını keçib, hazırda Qara dənizə - Kulevi limanına istiqamətlənib. Daha sonra isə Türkiyəyə doğru yola düşəcək.
Tankerin Volqa-Don kanalından keçmə prosesinin fotolarını təqdim edirik.
Fotolar gəmi kapitanının növbə köməkçisi Emin Paşayevə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır