Tarixi həqiqət: Gəmilərimiz öz milli adlarını necə qazandı?
Sovet dövründə obyektlərə və gəmilərə milli adların verilməsi heç də asan deyildi. Lakin Uu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu maneələr aradan qaldırıldı. Ümummilli Liderin "Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır" fəlsəfəsi gəmiçilik sahəsində də öz əksini tapdı.

İlk addımlar
1971-ci il fevralın 2-də Ulu Öndərin təşəbbüsü ilə “Xəzərdənizneftdonanma” üçün yeni inşa edilmiş iki kran gəmisinə tanınmış neftçilərimizin – Fuad Səmədov və Məlik Göyçayevin adı verilir.

Xəzər Dəniz Gəmiçiliyində bu "adqoyma" ənənəsinin təməli böyük şair İmadəddin Nəsiminin 600 illik yubileyi ərəfəsində qoyulur. Heydər Əliyevin xeyir-duası ilə Gəmiçiliyin "çay-dəniz" tipli ilk gəmisinə mütəfəkkir şairin adı verilir.

Bundan sonra donanmamız yeni gəmilərlə zənginləşir: "Nizami", "Füzuli", "Vaqif", "Şair Sabir", "Hüseyn Cavid", "Cəfər Cabbarlı".


Beləliklə, bu gün gəmilərimiz təkcə yük daşımır, həm də xarici ölkələrdə mədəniyyətimizi və tariximizi təmsil edir.
Sevda Abdullayeva - İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

