Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

189 kayutu olan gəmi göyərtəsinə 378 sərnişin qəbul edə biləcək

Norveçin “Fincantieri” qrupuna daxil olan “Vard Søviknes”gəmiqayırma zavodu inşa etdiyi “Viking Oktanis” gəmisini sifarişçiyə təhvil verib.

“Seanews.az” xəbər verir ki,  “Vard Søviknes”  Arktikada ekspedisiyalar üçün nəzərdə tutulan buzqıran layihəli iki gəmidən birincisidir.  

“Vikinq” şirkəti üçün bu seriyadan ikinci - “Viking Polaris” gəmisinin tikintisi 2022-ci ildə  başa çatdırılacaq.

189 kayutu olan hər iki gəmi göyərtəsinə 378 sərnişin qəbul edə biləcək.

Qeyd edək ki, “Fincantieri” qrupu, okean kruiz bazarına daxil olduğu 2012-ci ildən “Viking” üçün gəmilər inşa edir. Gəmiqayırma zavodunun o vaxtdan şirkətə təhvil verdiyi gəmilərinin sayı artıq 20-yə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır