Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Əməyin mühafizəsinə dair maarifləndirici görüşlər təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Dünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə ASCO-da sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində görülən işlərdən danışılıb.  Bildirilib ki, şirkətdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, əlverişli iş şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir.

Bundan başqa, görüşlərdə istehsalat xəsarətlərinin, zədələrin və peşə xəstəliklərinin dərhal qeydiyyata alınması, araşdırılması və təhlilinin vacibliyindən danışılıb, əməkdaşlara bu istiqamətdə tövsiyələr verilib. 

Görüşlər zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının, eləcə də  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə müzakirələr də aparılıb.

Tədbirlər çərçivəsində mövzu ilə əlaqədar iştirakçıları  maraqlandıran suallar cavablandırılıb, onlara bukletlər paylanılıb.

Sonda əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına, ətraf mühitin mühafizəsi və digər normativ-hüquqi sənədlərin əsasında formalaşmış qaydalara əməl edən və öz fəaliyyəti ilə seçilən əməkdaşlar mükafatlandırılıb.

Qeyd edək ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2003-cü ildən aprelin 28-i tarixini Dünya Əməyin Mühafizəsi Günü elan edib. Builki Dünya Əməyin Mühafizəsi Günü “Dəyişməkdə olan iqlim şəraitində təhlükəsiz və sağlam əməyi təmin edək!” devizi ilə keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır