Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Quru yük gəmisində yükün yoxlanılması bədbəxt hadisə ilə nəticələnib

Banqladeşin Payra limanı yaxınlığında lövbər salmış “NERAIDA” gəmisində bədbəxt hadisə baş verib.

“Seanews.az”-ın məlumatına görə,  elektrik stansiyası üçün nəzərdə tutulmuş kömürü yoxlamaq məqsədi ilə sürveyer Marşal adaları bayrağı altında üzən balkerin göyərtəsinə qalxıb.

Sürveyer işini bitirdikdən sonra buxtada  dayanan və bundan əvvəl onu balkerə çatdıran quru yük gəmisinə minmək istəyib. Ehtiyatsızlıqdan 65 yaşlı sürveyer sürüşərək suya düşüb. Bir müddət sonra o, sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində isə həkimlər  artıq onun öldüyünü bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır