Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Ever Forward” konteyner gəmisi bir ay sonra saydan çıxarılıb

Tayvanın “Evergreen Marine Corporation” şirkəti tərəfindən idarə olunan “Ever Forward” konteyner gəmisi təxminən beş həftə ABŞ-ın şərq sahillərində hərəkətsiz dayandıqdan sonra saydan çıxarılıb.

“Seanews.az” xəbər verir ki, Honqkonq bayrağı altında üzən gəmi Merilend ştatının Baltimor şəhərindən Virciniya ştatının Norfolk şəhərinə gedərkən martın 13-də marşrut dəyişikliyinə görə, bir neçə min konteyner yüklə birlikdə Çesapik körfəzində saya oturub. ABŞ Sahil Mühafizəsi martın 13-də başlayan 35 günlük xilasetmə əməliyyatından sonra “Ever Forward” gəmisini bazar günü saydan çıxarmağa müvəffəq olub. Aprelin 10-da təxminən 5000 konteynerdən 500-nün (hər biri orta hesabla 15 ton) gəmidən çıxarılması qərara alınıb.

Konteyner gəmisi Çesapik körfəzində saya oturan ən böyük gəmi olub. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırmaqda davam edirlər. “Ever Forward” özü Chesapeake körfəzində naviqasiyaya mane olmayıb. Uzunluğu 334 metr, eni 48,4 metr olan konteyner gəmisi 12,118 TEU (iyirmi fut konteyner ekvivalenti)  yük daşıya bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır