Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Hindistan yeni sualtı qayığını suya buraxıb

Fransanın "Scorpene" layihəsi əsasında inşa edilən "Vaqsheer"  sualtı qayığı çərşənbə günü Hindistanın Mumbaydakı "Mazagon Dock Shipbuilders Limited" dövlət şirkətinin tərsanəsində suya buraxılıb.

“Seanews.az” xəbər verir ki,  Hindistanın Müdafiə Nazirliyi bu barədə mətbuata açıqlamasında bildirib ki, yeni dizel-elektrik sualtı qayığı Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilməzdən əvvəl bir il ərzində dəniz sınaqlarından keçməlidir.

“Vagsheer” Hindistanda Fransanın “Naval Group”-u ilə əməkdaşlığı nəticəsində  inşa edilən altı “Kalvari” sinifli sualtı qayığın sonuncusudur. 2022-ci ilin fevral ayında bu seriyanın beşinci sualtı qayığı “Vagir” dəniz sınaqlarına başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır