Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yeni gəmi eyni vaxtda iki yanacaq daşıyacaq

Yaponiyanın “Kawasaki Heavy Industries” (“KHI”) sənaye qrupu 86,7 min kubmetr yük tutumu olan mayeləşdirilmiş neft qazı (LPG) və mayeləşdirilmiş ammonyak qazı (NH3) daşıyacaq gəminin tikintisinə dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, layihə gəminin mayeləşdirilmiş neft qazında istismarını nəzərdə tutur. Qaz daşıyıcısı artıq donanmasında iki oxşar gəmisi olan “Nippon Yusen Kabushiki Kaisha” (“NYK Line”) şirkəti üçün tikiləcək.

Gəmi mayeləşdirilmiş neft qazı və ammonyakın eyni vaxtda daşınması üçün nəzərdə tutulmuş müstəqil yük çənləri ilə təchiz olunacaq.

Gəmiqayırma zavodları uzun müddətdir ki, belə qaz daşıyıcıları tikirlər. Bu müqavilədən əvvəl “KHI”  75 LPG daşıyıcısı,özləri də LPG yanacağı ilə işləyən 12 LPG daşıyıcısı və beş LPG və ammonyak daşıyıcısı inşa etmişdir. Sakaidadakı “Kawasaki” zavodunda tikiləcək yeni LNG gəmiləri  2024-cü ildə təhvil veriləcək.

Gəmi aşağı kükürdlü mazut və LPG ilə işləyəcək. Bundan əlavə, gəmi əsas mühərrikin fırlanma enerjisini elektrik enerjisinə çevirən generatorla təchiz olunacaq. Bu, gəmiyə normal iş şəraitində bütün dizel generatorlarını dayandırmağa imkan verəcək.

Gəminin uzunluğu 230 metr, eni 37,20 metr, hündürlüyü 21,90 metr, suya oturumu 11,65 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır