Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Koreya tərsanələrində işçi qıtlığı yaranıb

Cənubi Koreya tərsanələrində gəmiqayırma sifarişlərində artım müşahidə olunur, lakin ixtisaslı işçilərə çatışmır. Sifarişlərin vaxtında yerinə yetirilməsi üçün əcnəbi mütəxəssislərin cəlb edilməsi təklif olunur.

“Seanews.az” xəbər verir ki,  Koreya Dəniz Gəmi İnşası Assosiasiyasının məlumatına görə, sənayedə çalışan işçilərin sayı son səkkiz ildə iki dəfədən çox azalıb, 2014-cü ildəki 203.000-dən 2021-ci ildə 92.000-ə düşüb.

Yerli işçi qüvvəsindəki boşluqları doldurmaq üçün Cənubi Koreya immiqrasiya qaydalarını asanlaşdırmalıdır. Beləliklə, bu həftə Seul xarici mütəxəssislər üçün vizasız girişin yeni qaydalarını açıqlayıb və 4,4 min iş icazəsi verməyə hazırdır.

“Splash” qeyd edir ki, Yaponiyanın uzun müddət tənəzzülə uğrayan gəmiqayırma sektorunda da əcnəbiləri işə götürmək üçün oxşar üsula əl atılmışdı - onlar üçün vizasız rejim tətbiq edilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır