Hindistanın əsas limanlarının ümumi yük dövriyyəsi 70 milyon tona çatıb
2024-cü ilin iyul ayında Hindistanın 12 əsas limanının yük dövriyyəsi 70 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə (66,17 milyon ton) demək olar ki, 6% çoxdur.
Bu barədə “Seanews.az” Hindistan Limanlar Assosiasiyasına (IPA) istinadən məlumat verir.
İyul ayında bu limanların 10-da yükaşırma həcmlərində əhəmiyyətli artım qeydə alınıb.
12 əsas limana Deendayal (Kandla), Mumbay, Mormuqao, Yeni Manqalor, Koçin, Çennai, Ennor (Kamarajar), Tutikorin (V.O. Çidambaranar), Visakhapatnam, Paradip və Kəlkütə (o cümlədən Haldia) və Nava Şeva (Cavaharlal Neru) daxildir .
Assosiasiyanın məlumatına görə, yük dövriyyəsində maksimum aylıq artım üç limanda: Koçin (+24,8%), Visakxapatnam (+10,8%) və Nava Şevada (+9,1%) qeydə alınıb.
İyulda Çennay limanının yük dövriyyəsi 8,9% artıb, Deendayal limanı 7,1%, Çidambaranar 6,7%, Paradip 3,6%, Kəlkütə 2,3%, Kamarahar 0,7%, Yeni Manqalor 0,2% artım göstərib.
Yükaşırmada mənfi göstərici yalnız Mumbay (-1.23%) və Mormuqao (-1%) limanlarında qeydə alınıb.