Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ıda Transxəzər dəhlizin inkişaf istiqamətləri müzakirə ol

Aprelin 1-də  Bakıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də təsisçisi olduğu “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin və İdarə Heyətinin iclası keçirilib. İclasda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Nizamnaməsi, İdarə Heyətinin yeni tərkibi, Beynəlxalq Assosiasiyanın fəaliyyətini tənzimləyən bir sıra normativ sənədlər və 2017-ci il üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Tədbirlər Planı təsdiq edilib. Tədbirdə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçiləri olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Qazaxıstan Dəmir Yolları” SC, Aktau limanı, “Gürcüstan Dəmir Yolları” ASC və Batumi limanının nümayəndələri iştirak ediblər. İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mövcud vəziyyət, dəhlizin inkişaf istiqamətləri və perspektivləri,  onun potensialından tam istifadə edilməsi üçün görüləsi zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi imkanları müzakirə olunub və görüşün yekunlarına dair protokollar imzalanıb. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin iştirakı ilə yaradılıb.  Daha sonra  Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhəddindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib  və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır. 2016-cı ilin  oktyabrında  isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna hüquqi status verilərək Beynəlxalq Assosiasiya formatına gətirilib. Qeyd edək ki, konteynerlərin Çindən Avropaya ənənəvi okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa,  Azərbaycan üzərindən keçən TBNM marşrutu ilə bu müddət təqribən 3 dəfə azdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır