Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-23,
Seanews
Heyder Eliyev

“HD Hyundai” “Doosan Vina” zavodunu alır

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (HD KSOE) şirkəti “Doosan Enerbility Co.”-nun Vyetnamdakı törəmə müəssisəsi olan “Doosan Vina”-nın 100% səhmlərini 207,5 milyon dollara satın alır.

“Seanews.az” xəbər verir ki, sövdələşmə nəticəsində “HD KSOE” Vyetnamın Quang Ngai əyalətində yerləşən “Dung Quat” İqtisadi Zonasında 111 hektar sahəsi olan iri sənaye kompleksinə tam nəzarət əldə edəcək.

2006-cı ildə təsis edilən “Doosan Vina” əsasən su duzsuzlaşdırma qurğuları, qazanlar, sənaye avadanlıqları, liman kranları və LNG layihələri üçün modulların istehsalı üzrə ixtisaslaşıb. Şirkətin məhsulları əsasən Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinə ixrac olunur. Zavod həmçinin öz limanına da malikdir.

“HD KSOE” bu kompleksi Asiyada müstəqil yük tankları və liman kranlarının istehsalı üzrə regional mərkəzə çevirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır