Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

t bazarlarında qiymətlər eniş nümayiş etd

Dünya bazarlarında neft qiymətləri  ucuzlaşıb. Nyu-York əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Light neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,95% azalıb. Hazırda bu markadan olan qara qızıl 48,22 dollara təklif olunur.   London  birjasında Brent markalı neftin  qiyməti isə 51,24 dollardır.  Bu, 0,41 dollar və ya 0,79% ucuzlaşma deməkdir. Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti də dəyərini  0,22 dollar və yaxud 0,41% itirib. Hazırda neftimizin bir barelinin qiyməti 52,89 dollara bərabərdir. Dünya bazarlarında qara qızılın ucuzlaşmasına  səbəb kimi  ABŞ-da neft ehtiyatlarının gözlənilmədən 0,88 mln. barel artaraq 523,4 mln. barelə qədər yüksəlməsi göstərilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır