

Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var
Süveyş körfəzində dənizdə qazma qurğusu batıb, 4 nəfər ölüb, daha 6 nəfər isə itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “Al Masry Al Youm” nəşri yazıb.
Hadisə Qebel əz-Zeyt bölgəsində qeydə alınıb. İnsident qurğu üç gəmi tərəfindən yedəyə alınarkən baş verib.
Qazma qurğusunda 31 nəfər olub, indiyədək 21 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı üçün iki təyyarə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır