Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Azneft”də əməliyyatların səmərəliliyinin artırılmasına dair seminar təşkil ed

“Azneft” İstehsalat Birliyində “Əməliyyatların səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, seminarda “Azneft”in aparıcı mütəxəssisləri, struktur bölmələrinin nümayəndələri, əməyin mühafizəsi xidmətlərinin işçiləri iştirak ediblər. Seminarda  müəssisənin fəaliyyətində əməliyyat səmərəliliyinin artırılması üçün heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsinin vacibliyindən danışılıb. Əməliyyatlarda vaxt itkisinin azaldılması, qəzaların sıfıra endirilməsi, eləcə də səmərəliliyin artırılmasına xidmət edən “5 niyə” sorğusunun analiz edilməsinin əhəmiyyəti vurğulanıb, bu analiz barədə ətraflı izahat verilib. Bildirilib ki, “5 niyə” sorğusunun analizi problemin kökünü tapmaq və ən ideal həll yolunu təklif etmək üçün mühüm vasitədir. Bu, qarşıda duran məsələnin mümkün səbəblərini aşkar edir və gələcək fəaliyyət planının düzgün qurulmasına istiqamət verir. Əməliyyatların səmərəliliyinin artırılması təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə zəmin yaradır. Sonda “Azneft” İstehsalat Birliyində son illər baş vermiş xoşagəlməz hadisələr “5 niyə” sorğusu ilə analiz edilib, belə hadisələrin gələcəkdə baş verməməsi üçün görüləcək tədbirlərin müxtəlif vasitələrlə dəyərləndirilməsinin vacibliyi qeyd olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır