Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“QatarEnergy” 25 LNG gəmisinin təhvil verilməsi üçün “Nakilat” ilə müqavilə bağlayıb

“QatarEnergy” öz donanmasının genişləndirilməsi proqramı çərçivəsində “Qatar Gas Transport Company” (“Nakilat”) ilə 25 mayeləşdirilmiş təbii qaz (LNG) gəmisinin istismarı üçün taym-çarter müqaviləsi imzalayıb.

“Seanews.az” xəbər verir ki, LNG daşıyıcıları Cənubi Koreyada: 17 gəmi Cənubi Koreyadakı “Hyundai Heavy Industries” (“HHI”) tərsanələrində, qalan 8 gəmi isə “Hanwha Ocean” tərsanələrində (keçmiş “Daewoo Shipbuilding & Marine Engineering”) tikilir.

Hər birinin tutumu 174 min kubmetr olan gəmilər “Nakilat” tərəfindən 15 illik müqavilələr əsasında icarəyə götürüləcək.

 “QatarEnergy” şirkəti “North Field” qaz yataqlarının (“Şərq” və “Cənub”, “NFE” və “NFS”) işlənməsi layihəsini həyata keçirir ki, bu da Qətərin ixrac gücünə 2028-ci ilə qədər ildə 48 milyon ton - 126 milyon tona qədər LNG əlavə edə biləcək. Genişlənmə layihələrinə dəstək olaraq, “QatarEnergy”-nin LNG donanmasının təxminən 100 tankerə çatdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır