Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

“COSCO Shanghai” zavodu LNG tankerini üzən FSRU sisteminə çevririr

Çinin “COSCO Shanghai” gəmiqayırma zavodunda keçmiş mayeləşdirilmiş təbii qaz (LNG) tankeri “SS Galea”-ni üzən LNG saxlama, emal və boşaltma qurğusuna (FSRU) çevrirlər.

“Seanews.az” xəbər verir ki, bu barədə “Lloyd's Register”-in (“LR”) mətbuat xidməti məlumat yayıb.

Layihə başa çatdıqdan sonra gəmi “Etyfa Prometheas” adlandırılacaq. Gəmi Çinin “CPP” şirkətinə məxsusdur və Kiprin Vasilikos limanındakı terminalda təbii qazın idxalı, saxlanması, paylanması, daşınması, təchizatı, ticarəti və idarə edilməsinə cavabdeh olan “CyGas”-ın texniki idarəçiliyinə veriləcək. Burada 3 aydan 6 aya qədər olan müddətdə üzən sistemə qoşulacaq bütün zəruri yerüstü infrastrukturun tikintisi başa çatdırılıb. Qeyd olunur ki, bu, Kipr və bütün Şərqi Aralıq dənizi üçün ilk belə layihədir.

Layihə “LR”, “China Petroleum Pipeline Engineering” (“CPP”), “COSCO Shipping” və “CyGas” ilə birgə həyata keçirilir. “LR” konsaltinq xidmətləri göstərir və konversiya layihəsini idarə edir, FSRU-nun təhlükəsizlik, keyfiyyət və səmərəlilik üçün bütün sinif tələblərinə cavab verməsini təmin edir. Gələcəkdə “LR” bütün istismarı boyu gəmiyə dəstək verəcək.

Çindəki “Lloyd's Register” şirkətinin prezidenti Sau Venqin sözlərinə görə, bu çevrilmə layihəsi şirkətin “CPP” və “CyGas” ilə əməkdaşlıqda “COSCO Heavy Industry” üçün həyata keçirdiyi ilk layihədir. "LNG tankerlərinin FSRU-ya çevrilməsi mürəkkəb layihələrdir və layihənin icrasının təhlükəsiz idarə olunması Şərqi Aralıq dənizində qaz təchizatı zəncirinin infrastrukturunun genişləndirilməsi ilə yanaşı, bütün iştirakçılar üçün mühüm mərhələdir", - təsnifat cəmiyyətinin sözçüsü bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır