Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Türkiyə neft tankerlərinin boğazlardan keçməsi üçün sığorta tələbi tətbiq edib

Türkiyə cümə axşamı günü xam neft daşıyan tankerlərin Türkiyə boğazlarından keçməsi üçün əlavə tələbi qüvvəyə mindirib.

"Seanews.az" xəbər verir ki, dekabrın 1-dən Ankara sığorta şirkətlərindən gəmiyə üçüncü şəxslərə, ətraf mühitə və ya yükə dəyən zərər, habelə cərimələr kimi hallarda onun məsuliyyətini ödəmək üçün zəruri olan “P&I” sığortasının təmin edilməsini təsdiq edən məktubu tələb etməyə başlayıb.

Nəticədə, Türkiyə səlahiyyətliləri sığorta şirkətinin məktubunun gəmi, yük və səfərin təfərrüatlarını əks etdirən naviqasiya planı hesabatına əlavə edilməsini və “P&I” sığortasının həmin gəmi, səfər və yük üçün etibarlı və tam olmasını tələb edir.

Xatırladaq ki, noyabrın 29-da Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Aleksandr Poşivay Türkiyənin Rusiya şirkətlərinin dəniz daşımalarına görə sığorta sertifikatını tanıyacağını açıqlamışdı.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır