Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

İsgəndərun limanı payızda tam gücü ilə işləyə biləcək

2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş güclü və faciəli zəlzələ ölkənin nəqliyyat infrastrukturunun fəaliyyətinə də mənfi təsir göstərib. Zəlzələdən sonra İskəndərun limanındakı konteyner terminalında güclü yanğın baş verib, limana ciddi ziyan dəyib. Limanın bərpasına iki ay vaxt sərf olunub və bu il aprelin 8-də konteyner terminalı işə başlayıb.

"Seanews.az" xəbər verir ki, hazırda liman öz imkanlarının 35%-i ilə işləyir.

Limandan verilən məlumata görə, cari ilin avqust ayının ortalarında limanın öz imkanlarının 70-80% -nə, noyabrda isə tam gücünə çatması nəzərdə tutulur.

Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, 2023-cü ilin 4 ayı ərzində İskəndərun limanının konteyner dövriyyəsi 44,5% azalaraq 130,5 min TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır