Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Boskalis Ndeavor” çoxməqsədli dəstək gəmisi “FSO Safer” tankerinin batdığı yerə gəlib

“Boskalis Ndeavor” çoxməqsədli dəstək gəmisi xilasetmə qrupu və göyərtəsindəki avadanlıqla “FSO Safer” tankerinin batdığı yerə gəlib. Xilasetmə əməliyyatı “FSO Safer” gəmisinin vəziyyətinin qiymətləndirilməsi, neft çənlərinin işə salınması və gəminin neft nəqli əməliyyatına hazırlanması ilə başlayacaq.

“Seanews.az” xəbər verir ki, “Boskalis”in heyəti əvvəlcə "təhlükəsiz giriş üçün gəmidə qazların olub-olmamasını qiymətləndirəcək, nasosları və maşın şöbəsini yoxlayacaq, yük çənlərinin təhlükəsizliyini təmin edəcək və xilasetmə planını yekunlaşdıracaq.

"Mütəxəssislər qrupu tankeri yoxlayacaq və neftin Cibutidə əraziyə gedib nefti toplamaq üçün gözləyən "Nautica" əvəzedici tankerinə nəqlinin təhlükəsiz olmasını təmin etmək üçün bütün lazımi işləri görəcək", - Xilasetmə işlərini koordinasiya edən BMT-nin İnkişaf Proqramının açıqlamasında belə deyilir.

1976-cı ildə Yaponiyanın “Hitachi Zosen” korporasiyası tərəfindən “Exxon” üçün inşa edilmiş 407 min ton dedveytli tək gövdəli “FSO 3” tankeri milyon barel neft daşımağa qadirdir. Hazırda gəminin göyərtəsində 1,1 milyon bareldən çox neft var. Tankerdə neft sızması baş verərsə, Bab əl-Məndəb boğazından şimalda Səudiyyə Ərəbistanının Əl-Kunfudaya qədər Yəmən, Səudiyyə Ərəbistanı və Eritreyada 500 km sahil xətti boyunca neft ləkəsi yarana bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır