Türkiyə limanları ilə 24 milyon tondan çox inşaat materialı daşınıb
Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 24 milyon 384 min 802 ton inşaat materalları daşınıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazilikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 337 min 449 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 23 milyon 47 min 353 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.
“Bu ilin yanvar - sentyabr aylarında Türkiyə limanlarından tranzit olaraq 4 min 279 ton inşaat materalları daşınıb”- deyə nazirlikdən bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır