Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Qara dənizdə Toqo bayrağı altında üzən ticarət gəmisində partlayış baş verib

Qara dənizdə Rumıniyanın Sulina limanı yaxınlığında ticarət gəmisində partlayış baş verib.

“Seanews.az” xəbər verir ki, hadisə bu gün səhər saatlarında olub.

Tulça limanının zona qərargahının baş kapitanı Dan İçim bildirib ki, 12 heyət üzvünün hamısı Sulina limanına aparılıb və hazırda tibbi müayinədən keçirlər.

Partlayışın səbəbi məlum deyil. Tulçanın liman idarəsi araşdırmaya başlayıb. "Partlayışın minadan olub-olmaması Müdafiə Nazirliyi tərəfindən hələ müəyyən edilməyib", - Dan İçima deyib.

Toqo bayrağı altında üzən icarət gəmisinin heyətinin xilas edilməsi əməliyyatında Rumıniyanın Sahil Mühafizəsinin və Dənizdə İnsan Həyatını Xilasetmə Agentliyinin nümayəndələri iştirak ediblər

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır