Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

CAR-da fırtına sualtı qayıqda olan üç nəfərin ölümünə səbəb oldu

Cənubi Afrikada şiddətli fırtına səbəbindən nəhəng dalğalar sualtı qayıqda personalın ölümünə səbəb olub.

APA xəbər verir ki, bu barədə Cənubi Afrika Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Hadisə Keyptaunun Kommetjie sahillərində yerləşmiş "SAS Manthatisi" sualtı qayığında baş verib.

Sualtı qayıqda olan 7 nəfərdən üçü ölüb.

Ölənlər arasında Afrikada sualtı qayığa komandanlıq edən ilk qadın zabit olan 33 yaşlı leytenant Gillian Hektorun da var.

Prezident Siril Ramafosa ölənlərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır