Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

“Fincantieri” Misirlə 260 milyon avroluq müqavilə imzalayıb

İtaliyanın gəmiqayırma şirkəti “Fincantieri” Misir Ərəb Respublikası Müdafiə Nazirliyinin Silahlanma Agentliyi ilə gəmilərə baxım, xidmət və logistika dəstəyini əhatə edən 260 milyon avro dəyərində 10 illik müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, müqaviləyə Misir Hərbi Dəniz Qüvvələrində (HDQ) “Naval Group” və “Fincantieri” tərəfindən layihələndirilən 2 çoxməqsədli “FREMM” freqatı üçün xidmət daxili dəstək, inteqrasiya olunmuş logistik dəstək, profilaktik texniki xidmət, logistika xidmətləri və sifariş əsasında təmir daxildir.

Misir Hərbi Dəniz Qüvvələri “FREMM” freqatlarından birincisini 2020-ci ildə, ikincisini isə 2021-ci ildə alıb.

2 ədəd “FREMM”  freqatının Misirə təhvil verilməsini nəzərdə tutan müqavilənin dəyərinin  təxminən 1,2 milyard avro olduğu bildirilib.

“Avropa çoxməqsədli freqatı” mənasını verən “FREMM”  “Naval Group” və “Fincantieri” tərəfindən hazırlanan Fransa-İtaliya çoxməqsədli freqatdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır