Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Dənizdə konteyner itkisi azalıb

Ümumdünya Gəmiçilik Şurası dənizdə konteyner itkiləri ilə bağlı illik hesabatını dərc edib.

"Seanews.az" xəbər verir ki, hesabata görə, 2023-cü ildə dənizdə 221 konteyner itkisi qeydə alınıb. Bu da tədqiqatın başladığı 2008-ci ildən bəri ən aşağı göstəricidir.

Ümumdünya Gəmiçilik Şurasının baş icraçı direktoru Con Batler bildirib ki, 2023-cü ildə dənizdə itirilən konteynerlərin sayının azalması müsbət haldır, lakin bu, işimizin aktuallığını azaltmır. Dənizdə itirilən hər bir konteyner potensial təhlükə yaradır və bu hadisələrin qarşısının alınmasına dair öhdəliyimiz sarsılmaz qalmalıdır.

Qeyd edək ki, dənizdə itən konteynerlər üçün yeni məcburi hesabat tələbi bu yaxınlarda Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilib və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır