Yeni gəmilərin qiymətləri 3% artıb
2024-cü ilin əvvəlindən yeni gəmilərin qiymətləri 3% artıb ki, bu da 2008-ci ildən bəri ən yüksək səviyyədir. Qiymətlər 2020-ci ilin sonundakı son minimumdan bəri 53% artıb.
“Clarkson Research”-in məlumatlarından istifadə edən BIMCO-nun son bazar araşdırmasına görə, eyni dövr ərzində sifarişlərin sayı 72% artıb ki, bu da 2012-ci ildən ən yüksək göstəricidir.
LNG tankerləri və konteyner gəmiləri artımın müvafiq olaraq 35% və 30%-ni təşkil edib, artımın qalan hissəsi isə quru yük daşıyıcıları, tankerlər və LPG tankerləri hesabınadır.
Konteyner gəmilərinin sifarişləri 2023-cü ilin birinci rübündə rekord həddə çatandan sonra azalmağa başlayıb. İlin əvvəlindən konteyner gəmiləri üçün sifarişlər 16%, quru yükdaşıyanlar üçün sifarişlər isə 3% azalıb.
Gəmiqayırma sifarişlərində artım əsasən LNG gəmiləri və tankerləri hesabına olub. Bundan əlavə, maye qaz tankerlərinə, kruiz gəmilərinə, kimyəvi tankerlərə və Ro-Ro gəmilərinə sifarişlər artır.