

Türkiyədə tur gəmisi yanaraq batıb
Türkiyənin Marmaris sahillərində turistləri daşıyan “Eagles” adlı gəmidə yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib, yanğında 96 sərnişin və 17 heyət üzvü təxliyə edilib, 3-ü ağır olmaqla, 17 nəfər yaralanıb. Yanğın söndürülsə də, gəmi batıb.
Hadisənin səbəbi barədə məlumat verilməyib. Hazırda bununla bağlı prokurorluq araşdırma aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır