

Yəmən sahillərində Britaniyaya məxsus gəmiyə hücum edilib
Yəmənin Əs-Salif sahilindən 70 dəniz mili şimal-qərbdə ticarət gəmisi hücuma məruz qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Gəmi iki naməlum mərmi ilə hücuma məruz qalıb. Hücum nəticəsində ölən və yaralanan yoxdur.
Hazırda heyət üzvləri zərəri aradan qaldırmaq üçün çalışır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır